Ballistik raketlər işə düşdü: Tehran əməliyyatın yeni mərhələsini elan etdi
Far.Az xəbər saytı

Ballistik raketlər işə düşdü: Tehran əməliyyatın yeni mərhələsini elan etdi


İran ABŞ və İsrail obyektlərinə qarşı "Həqiqi vəd - 4" əməliyyatının 12-ci mərhələsinə başladığını açıqlayıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı bəyanatda bildirilib.

Bundan əvvəl "NourNews" agentliyi İranın regiondakı Amerika bazalarına zərbələr zamanı ən yeni ağır raketdən istifadə etdiyini iddia etmişdi.

Fevralın 28-də İsrail Müdafiə Qüvvələri İran ərazisinə "Şir nəriltisi" adlı əməliyyat çərçivəsində zərbələr endirib. Hər iki ölkə hava məkanını bağlayıb.

Daha sonra ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun da İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bəyan edib. Pentaqon ABŞ əməliyyatının "Epik qəzəb" adlandırıldığını açıqlayıb.

İran isə cavab olaraq İsrail istiqamətinə onlarla ballistik raket buraxıb. Bundan başqa, Qətər, BƏƏ, Bəhreyn, İraq, Səudiyyə Ərəbistanı və İordaniyada yerləşən Amerika hərbi bazalarına da zərbələr endirilib. Tehran öz əməliyyatını "Həqiqi vəd - 4" adlandırıb.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər