İtkonen: Aİ enerji daşıyıcılarının bahalaşmasından narahatdır, neft və qaz defisiti riski görmür
Far.Az xəbər saytı

İtkonen: Aİ enerji daşıyıcılarının bahalaşmasından narahatdır, neft və qaz defisiti riski görmür


Yaxın Şərqdəki müharibə səbəbindən tədarük zəncirlərindəki fasilələrə baxmayaraq, Avropa İttifaqı (Aİ) ölkələri kifayət qədər neft və qaz ehtiyatlarına malikdir.

"Far.Az"un Avropa bürosu xəbər verir ki, bu barədə Brüsseldə Avropa Komissiyasının (AK) rəsmi nümayəndəsi Anna-Kaysa İtkonen bildirib.

"Biz tədarük təhlükəsizliyindən daha çox enerji daşıyıcılarının yüksək qiymətlərindən narahatıq", - o, tədarükdəki fasilələr nəticəsində Aİ ölkələrində ola biləcək neft və qaz çatışmazlığı ilə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, Aİ ölkələri tənzimləyici qaydalara uyğun olaraq 90 günə çatacaq qədər neft və ya ekvivalent resurs ehtiyatlarına malikdir. Buna görə də heç bir fövqəladə vəziyyət əlaməti yoxdur.

"Bəzi ölkələr bu ehtiyatlardan istifadə etməyə başlayıblar və məlum olduğu kimi, bunun səbəbi Yaxın Şərq böhranı olmayıb", - o əlavə edib.

İtkonen həmçinin təsdiqləyib ki, martın 9-da keçiriləcək görüşdə G7 ölkələri strateji ehtiyatlardan istifadə imkanlarını müzakirə edəcəklər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər