ABŞ Senatı Trampa İrana qarşı müharibəni davam etdirməyə icazə verib
Far.Az xəbər saytı

ABŞ Senatı Trampa İrana qarşı müharibəni davam etdirməyə icazə verib


ABŞ Senatı prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlarını məhdudlaşdırmağı nəzərdə tutan qətnaməni rədd edib.

BAKU.WS "Politico"ya istinadən xəbər verir ki, Demokratlar tərəfindən irəli sürülən və Trampın İrana qarşı hərbi səlahiyyətlərini məhdudlaşdırmağa yönəlmiş təşəbbüs üçüncü dəfə uğursuzluğa düçar olub.

Səsvermənin nəticələrinə əsasən, qətnamə 53 səs əleyhinə, 47 səs lehinə olmaqla qəbul edilməyib.

Qətnamə Kori Buker tərəfindən təqdim olunmuşdu. Sənəd ABŞ prezidentindən Amerika qoşunlarını Yaxın Şərqdən çıxarmağı tələb edirdi. Eyni zamanda, yalnız rəsmi müharibə elan edildiyi və ya Konqres tərəfindən xüsusi icazə verildiyi halda istisna nəzərdə tutulurdu ki, belə bir icazə hələ verilməyib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail birlikdə İrana qarşı hərbi əməliyyatlara başlayıblar. Buna cavab olaraq Tehran İsrailə, eləcə də Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına - o cümlədən Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Küveyt və BƏƏ-dəki obyektlərə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər