Beynəlxalq səyyahlar Xocalı Soyqırımı Memorialı ilə tanış olublar
Far.Az xəbər saytı

Beynəlxalq səyyahlar Xocalı Soyqırımı Memorialı ilə tanış olublar


"NomadMania" klubunun təsisçisi və rəhbəri, yunanəsilli Böyük Britaniya vətəndaşı Harri Mitsidisin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyyahlar Xocalıya səfər ediblər.

"Report"un işğaldan azad edilmiş ərazilərə ezam olunmuş müxbiri xəbər verir ki, onlar rayona səfər çərçivəsində Xocalı Soyqırımı Memorialı ilə tanış olublar.

Qonaqlar Xocalı soyqırımı və memorial barədə məlumatlandırılıb.

Qeyd edək ki, bu gün "NomadMania" klubunun təsisçisi və rəhbəri, yunanəsilli Böyük Britaniya vətəndaşı Harri Mitsidisin rəhbərliyi ilə beynəlxalq səyyahların Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb. Nümayəndə heyətinin tərkibinə 37 ölkədən 79 səyyah daxildir. Bu, indiyədək Qarabağa və Şərqi Zəngəzura səfər edən ən çoxsaylı beynəlxalq səyyah qrupudur.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
Prezident Gəncə Memorial Kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər