Naxçıvan Dövlət Milli Dram Teatrı beynəlxalq festivalda növbəti dəfə çıxış edib
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı Türkiyənin Akçaabat şəhərində keçirilən "13-cü Beynəlxalq Erol Günaydın Teatr Günləri" festivalında uğurla çıxış edib.
"Far.Az"un yerli bürosu xəbər verir ki, teatr kollektivi görkəmli dramaturq Hüseyn Cavidin "Ana" əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim edib.
Səhnə işi festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Akçaabat Bələdiyyəsinin başçısı Osman Nuri Ekim teatr kollektivini təbrik edərək onlara xüsusi plaket təqdim edib.
Tədbir çərçivəsində teatrın direktor müavini Səməd Canbaxşiyev tərəfindən milli-mənəvi dəyərlərimizi əks etdirən Novruz atributları Akçaabat Bələdiyyəsinin rəhbərinə hədiyyə olunub.
Sonda tərəflər arasında xatirə fotosu çəkilib.
Oxşar xəbərlər
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Bakı Uşaq və Gənclər Teatrı yeni layihəyə start verib.
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Cəbrayılın Horovlu kəndində Novruz festivalı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AEBA rəhbəri Qazaxıstanda nüvə sahəsində əməkdaşlığı müzakirə edəcək
-
Azərbaycanın 40 rayonunda əkin sahələrinin aprobasiyası prosesi aparılır
-
Gürcüstandan Azərbaycana qanunsuz dərman keçirilməsinin qarşısı alınıb
-
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
-
SOCAR-a yeni mətbuat katibi təyin edilib
-
Antonelli "Formula 1"in Kanada Qran-Prisinin qalibi olub













