Macarıstan “Transparency İnternational” təşkilatını qərəzli olmaqda ittiham edib
Far.Az xəbər saytı

Macarıstan “Transparency İnternational” təşkilatını qərəzli olmaqda ittiham edib


Macarıstan hökuməti beynəlxalq qeyri-hökumət təşkilatı “Transparency İnternational” (TI) təşkilatının ölkə üzrə filialını qərəzli olmaqda və Qərb sponsorlarından siyasi sifarişlər almaqda ittiham edib.

“Far.Az”un məlumatına görə, bu barədə Macarıstanın Milli Suverenliyinin Müdafiəsi İdarəsinin “Magyar Nemzet” qəzetində dərc olunan hesabatında deyilir.

Qeyd olunub ki, təşkilatın filialı həm Corc Soros tərəfindən maliyyələşdirilir, həm də Macarıstan müxalifətinin tərəfdarlarından - Avropa Komissiyasından və Amerikanın Avropa siyasətinin Troya atı olan “Alman Marşal Fondu”ndan vəsait alır.

“Təşkilatın Macarıstan filialını həm maliyyə vəziyyəti, həm də fəaliyyəti baxımından müstəqil adlandırmaq olmaz, çünki o, qlobal maraq qruplarının xidmətindədir. Onu həmçinin şəffaf da adlandırmaq olmaz, çünki o, Milli Suverenliyin Müdafiəsi İdarəsi ilə əməkdaşlıqdan imtina edib və xarici təşkilatlarla bağladığı müqavilələrə çıxışı təmin etməyib”, - məlumatda vurğulanıb.

Nəşr aydınlaşdırıb ki, macarəsilli amerikalı maliyyəçi Soros özünün Açıq Cəmiyyət Fondundan xaricdə siyasi maraqlarını təbliğ etmək üçün istifadə edir. Macarıstan hökuməti milyarderi az qala özünün əsas düşməni hesab edir və onun ölkədə hakimiyyət dəyişikliyinə nail olmaq cəhdlərini dəfələrlə qeyd edib.

Qeyd edək ki, Avropa Komissiyası “Transparency İnternational” təşkilatının “hesabatlarına” əsaslanaraq Macarıstan hökumətini “cəzalandırmaq” qərarına gəlib. Guya Budapeşt korrupsiya ilə mübarizədə kifayət qədər səy göstərmir. Xatırladaq ki, Brüssel bir neçə ildir ki, Budapeştə olan əhəmiyyətli vəsaiti Aİ-nin ümumi fondlarından saxlayır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ermənistan Qərbin Rusiyadakı “Troya atı” rolunu oynayır - ŞƏRH

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər