Mikayıl Cabbarov: "İşğaldan azad olunan hər şəhər üçün ayrıca iqtisadi yanaşma müəyyənləşdirilib"
Far.Az xəbər saytı

Mikayıl Cabbarov: "İşğaldan azad olunan hər şəhər üçün ayrıca iqtisadi yanaşma müəyyənləşdirilib"


Azərbaycanın iqtisadi siyasətində əsas prioritetlərdən biri yerli və xaricdən cəlb olunan insan kapitalının inkişafıdır.

Far.Az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə deyib.

Nazir bildirib ki, bu istiqamətdə ölkədə infrastruktur və qanunvericilik bazası üzrə qərarlar qəbul edilir, o cümlədən Ələt Beynəlxalq Dəniz Limanının yaxınlığında azad iqtisadi zonanın yaradılması bu siyasətin əsas elementlərindən biridir.

"Biz hesab edirik ki, yeni şəhərlərin inkişafı və ənənəvi üstünlüklərə fokuslanmaq iqtisadi inkişaf baxımından vacibdir. Xidmət sektoru şəhər iqtisadiyyatının əsas hissələrindən biridir və bu, Bakı üçün də keçərlidir. Tədbirlər təqvimi, əyləncə, sərgilər, konfranslar və gündəlik həyat təcrübəsi şəhərlərin iqtisadi potensialını gücləndirən amillərdir", – deyə qeyd olunub.

Azad edilmiş ərazilərlə bağlı danışan nazir bildirib ki, bu ərazilərin inkişafında əsas prinsip dayanıqlılıqdır: "Prezident İlham Əliyev çıxışında Azərbaycanın bu prosesdə yalnız uğurlar deyil, müəyyən səhvlərin də edildiyini açıq şəkildə etiraf edib və həmin səhvlərdən nəticə çıxarıldığını vurğulayıb. Əsas məsələlərdən biri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın iqtisadi baxımdan düzgün planlaşdırılması idi", – deyə çıxışda bildirilib..

Onun sözlərinə görə, əsas məqsəd uzun illər doğma yurdlarından uzaq düşmüş insanların mümkün qədər tez geri qayıtmasını təmin etməkdir: "Bu məqsədlə işğaldan azad edilmiş ərazilərdəki hər bir şəhər üçün ayrıca iqtisadi yanaşma müəyyənləşdirilib. Dövlət siyasəti həmin şəhərlərdə uğur qazanma ehtimalı daha yüksək olan iqtisadi fəaliyyət növlərinin dəstəklənməsinə yönəlib".

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər