Səyyah: Qədim Şuşa şəhəri məndə böyük təəssürat yaratdı
Far.Az xəbər saytı

Səyyah: Qədim Şuşa şəhəri məndə böyük təəssürat yaratdı


Qədim Şuşaya səfər məndə böyük təəssürat yaratdı, Azərbaycan xalqına görə qürur və sevinc hissi keçirdim.

"Report" xəbər verir ki, bunu gürcüstanlı səyyah Afik İsmayılov deyib.

“Şuşanı görəndə keçirdiyim hissləri təsvir etmək mümkün deyil. İşğal olunduğu günü xatırlayıram, o vaxt hələ Bakıda oxuyurdum. Xoşbəxtəm ki, bu gözəl şəhəri ziyarət etmək imkanım oldu”, - o bildirib.

A.İsmayılov Ermənistanın işğal illərində yerləşdirdiyi çoxsaylı minalara görə Azərbaycanın üzləşdiyi mina probleminə də toxunub: “Buna barbarlıqdan başqa bir şey demək olmaz. Müharibə çoxdan bitib, amma dinc insanlar həlak olur. Bu böyük bədbəxtlikdir".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər