"Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək
İyunun 30-da, saat 11:00-da "Kristal Bakı" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq şirkətin Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, ev 11, mənzil 2 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə "Kristal Bakı"nın kənar auditdən keçmiş illik maliyyə və idarəetmə hesabatlarının təsdiq edilməsi, eləcə də ötən il əldə etdiyi xalis mənfəətin bölüşdürülməsi məsələləri daxildir.
Xatırladaq ki, "Kristal Bakı" 2020-ci ildə dövlət qeydiyyatına alınıb, fəaliyyəti yaşayış binalarının inşası və satışı ilə bağlıdır. Onun səhmlərinin 50 %-i Pərviz Vəliyevə, qalan hissəsi isə - hər biri 25 % olmaqla Fərid və Araz Nəbiyevlərə məxsusdur.
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
AMEA-nın 80 illik yubiley yığıncağı keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xocavənddə həyat yenidən canlanır: "Şükür ki, bu gün öz doğma yurdumuzda yaşayırıq"
-
Çapayevdə nəqliyyatın hərəkəti iflic olub
-
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ustad dərsi
-
Mirzoyan: TRIPP üzrə yekun saziş yaxın həftələrdə imzalanacaq
-
Buraxılış imtahanında maksimum nəticə: 300 bal toplayan şagirdlər açıqlandı
-
Alyona Əliyeva: "Evinizə bolluq, bərəkət və ruzi dolu günlər arzulayıram"













