Arkadağda Azərbaycan və Türkmənistan Dövlət Rəqs ansambllarının konserti olub
Far.Az xəbər saytı

Arkadağda Azərbaycan və Türkmənistan Dövlət Rəqs ansambllarının konserti olub


Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Azərbaycan və Türkmənistan Dövlət Rəqs ansambllarının birgə konserti baş tutub.

"Report"un Türkmənistana ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbir Arkadağ şəhərində yerləşən Goroğlu adına Dövlət Atçılıq Sirkində keçirilib.

Tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Türkmənistanın mədəniyyət nazirinin müavini Nursahed Şirimov, Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov, hər iki ölkənin Mədəniyyət nazirliklərinin nümayəndələri, mədəni ictimaiyyət və media mənsubları iştirak ediblər.

Konsert proqramında hər iki ölkənin milli rəqslərindən ibarət rəngarəng kompozosiya təqdim edilib.

Azərbaycan və Türkmənistan xalqlarının zəngin mədəni irsini əks etdirən çıxışlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Daha sonra tədbir Türkmənistanın milli at şousu ilə davam edib. Şou zamanı atların iştirakı ilə müxtəlif akrobatik nömrələr nümayiş olunub.

Qeyd edək ki, Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri sabah ölkənin Aşqabad şəhərində davam etdiriləcək.

Oxşar xəbərlər

Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
Türkmənistanda Azərbaycanın Zəfər Günü qeyd edilib
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyeva Türkmənistanda Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər