Türkmənistan Mədəniyyət Mərkəzinin Dövlət Muzeyinə tur təşkil olunub
Azərbaycan nümayəndə heyəti və media mənsubları üçün Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində ölkənin Mədəniyyət Mərkəzinin Dövlət Muzeyinə tanışlıq üçün tur təşkil olunub.
"Far.Az"un Türkmənistana ezam olunan əməkdaşı xəbər verir ki, muzeyin əməkdaşları mədəniyyət nazirinin müavini Murad Hüseynov, nazirin müşaviri Orxan Fikrətoğlu və digər qonaqlara kompleks barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, 1998-ci ildə yaradılan muzey kompleksi Türkmənistan Tarix Muzeyi, Diyarşünaslıq Muzeyi və Prezident Muzeyini özündə birləşdirir.
Ümumi ərazisi 16 hektar olan kompleks 9 günbəzli memarlıq üslubunda Türkiyədən olan memar tərəfindən layihələndirilib.
Muzeyin dörd mərtəbədən ibarət olduğu, birinci və ikinci mərtəbələrində ekspozisiya zallarının yerləşdiyi vurğulanıb.
Həmçinin qeyd olunub ki, muzeydə Türkmənistanın qədim dövrlərdən müasir dövrə qədər uzanan tarixini əks etdirən 162 mindən çox eksponat qorunur.
Ekspozisiyada eramızdan əvvəl III–IV əsrlərə aid tarixi nümunələr nümayiş etdirilir. Muzeyin ən qədim eksponatı isə eramızdan əvvəl VII minilliyə aid arxeoloji tapıntı hesab olunur.
Kompleksdə minlərlə xalça nümunəsi, qədim məişət əşyaları, arxeoloji tapıntılar, etnoqrafik materiallar və dövlətçilik tarixini əks etdirən eksponatlar sərgilənir.
Muzey ölkənin tarixi, mədəniyyəti və milli irsinin qorunaraq gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayır.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Aleksandr Dümanın baş çəkdiyi Qubanın tarixi abidəsi: "Hündür günbəzli hamam"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KMBİ qanunsuz dövriyyəsi 10 milyon manat olan daha bir onlayn mərc şəbəkəsini ifşa etdi
-
Bakıda 3 küçədə yollar bağlanacaq - Təmir işlərinə görə
-
Sakinlər imdad dilədilər: "Ən pis yer-yurd buradır, səsimizi çatdırın"
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (10.08.2026)
-
Kolumbiyada 7,4 bal gücündə zəlzələ: 55 ölü var - DƏHŞƏTLİ KADRLAR
-
Çingiz Əlioğlu ilə vida mərasimi keçirilib













