IATA növbəti Ümumdünya Hava Nəqliyyatı Sammitini Syamendə keçirəcək
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) növbəti illik toplantısı və Ümumdünya Hava Nəqliyyatı Sammiti (WATS) Çində keçiriləcək.
"Far.Az"un Rio-de-Janeyroda olan müxbirinin xəbər verdiyi kimi, bu barədə "International Airlines Group"un (IAG) baş direktoru və IATA-nın 2025–2026-cı illər üzrə Rəhbərlər Şurasının sədri Luis Qalyeqo IATA-nın 82-ci illik toplantısının (AGM) və Ümumdünya Hava Nəqliyyatı Sammitinin (WATS) açılış mərasimində elan edib.
IATA-nın 83-cü illik toplantısı 2027-ci il mayın 30-dan iyunun 1-dək Çinin Syamen şəhərində keçiriləcək.
IATA dünya aviadaşımalarının 80%-dən çoxunu təşkil edən 330-a yaxın aviaşirkəti özündə birləşdirən aviadaşıyıcıların ən böyük beynəlxalq sahə assosiasiyasıdır.
Təşkilat aviasiya sahəsi üçün beynəlxalq standartlar, o cümlədən uçuşların təhlükəsizliyi sahəsində tələblər hazırlayır. Nəzarətin əsas alətlərindən biri assosiasiya üzvləri üçün keçilməsi məcburi olan IOSA istismar təhlükəsizliyi auditidir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub
-
Elman Rüstəmov bu səbəbdən şadlıq sarayını SATDI
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Qaraçuxur qəbiristanlığının hasarı uçurulub
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb
-
Azərbaycanda toyda kütləvi zəhərlənmə













