Azərbaycan BNF-nin tədqiqat layihəsindən əldə olunacaq təcrübənin ölkədə tətbiqini planlaşdırır
Azərbaycan Beynəlxalq Nəqliyyat Forumunun (BNF) "Kiçik və orta ölçülü şəhərlərdə və kənd ərazilərində dayanıqlı mobillik" üzrə tədqiqat layihəsində fəal iştirak edərək əldə olunan təcrübənin ölkədə tətbiqini planlaşdırır.
"Far.Az" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) istinadən xəbər verir ki, bu barədə RİNN-in və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndələrinin iştirakı ilə adıçəkilən tədqiqat layihəsinin onlayn formatda baş tutan ilk iclasında bildirilib.
İclasda işçi qrupun fəaliyyət istiqamətləri, tədqiqatın əhatə dairəsi, prioritetləri və gözlənilən nəticələr müzakirə olunub. Təxminən bir il müddətində fəaliyyət göstərəcək İşçi qrupun əsas məqsədi kiçik və orta şəhərlərdə, eləcə də kənd yerlərində nəqliyyat xidmətlərini yaxşılaşdırmaq, əhalinin mobillik imkanlarını genişləndirmək və regionlardakı uğurlu təcrübələri öyrənməkdir.
Layihə çərçivəsində iştirakçı ölkələrin təcrübələrinin müqayisəli təhlili aparılacaq, uğurlu beynəlxalq təcrübələr müəyyən ediləcək və praktiki tövsiyələr hazırlanacaq. Yekun nəticələr BNF-nin gələcək tədqiqat və siyasət sənədlərində nəzərə alınacaq.
Azərbaycan nümayəndə heyəti müzakirələr zamanı bildirib ki, ölkəmizdə nəqliyyat sahəsində aparılan islahatlar, regionlarda ictimai nəqliyyat inkişafı və dayanıqlı mobillik üzrə qazanılan təcrübə İşçi qrupun fəaliyyətinə töhfə verə bilər.
Qeyd edək ki, sözügedən tədqiqat layihəsi BNF-yə üzv ölkələr tərəfindən Bakıda təsdiqlənən 2026-2027-ci illər üzrə İş Proqramının tərkib hissəsidir.
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub
-
Elman Rüstəmov bu səbəbdən şadlıq sarayını SATDI
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Qaraçuxur qəbiristanlığının hasarı uçurulub
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb
-
Azərbaycanda toyda kütləvi zəhərlənmə













