Furfari: Azərbaycanla əməkdaşlıq regional sabitlik üçün vacibdir
Azərbaycan Avropa İttifaqına (Aİ) enerji resursları tədarükünün şaxələndirilməsində mühüm rol oynayır, Bakı ilə İrəvan arasında sülh yolu ilə nizamlanma isə Avrasiyada nəqliyyat və iqtisadi əlaqələrin daha da inkişaf etməsinə kömək edəcək.
Bu barədə "Far.Az"un Avropa bürosuna enerji məsələləri üzrə ekspert Samuel Furfari Brüsseldə "Azərbaycan: dəyişən Avrasiyanın energetika geosiyasət" adlı yeni kitabının təqdimatında bildirib.
Furfarinin sözlərinə görə, Aİ-nin enerji tədarükü mənbələrinin şaxələndirilməsinə ehtiyacı var və Azərbaycan bu istiqamətdə əsas tərəfdaşlardan biridir.
"Burada, Brüsseldə Azərbaycanın Avropa İttifaqına enerji resurslarının - neft və qazın tədarükünün artırılmasındakı rolunu çatdırmaq vacibdir", - o deyib.
Furfarinin sözlərinə görə, Azərbaycanla əməkdaşlıq energetika çərçivəsindən kənara çıxır və regional sabitliyin təmin edilməsində mühüm rol oynayır.
"Ermənistan və Azərbaycan arasındakı razılaşma regionda və bütün dünyada sülhün bərqərar olması üçün çox vacibdir", - o bəyan edib.
Onun sözlərinə görə, nəqliyyat dəhlizlərinin inkişafı dövlətlər arasında əlaqələrin möhkəmlənməsinə kömək edir və münaqişə risklərini azaldır. Ekspert əlavə edib ki, İqtisadi əməkdaşlıq və mal mübadiləsi ölkələri daha çox qarşılıqlı əlaqəli edir və uzunmüddətli sülh üçün şərait yaradır.
Furfari həmçinin Aİ-nin tarixi ilə müqayisələr apararaq qeyd edib ki, Avropa inteqrasiyası infrastrukturun inkişafı və ölkələr arasında iqtisadi mübadilənin genişlənməsi sayəsində mümkün olub.
Oxşar xəbərlər
"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır













