"SOCAR Green" ölkənin ən böyük enerji istehlakçısını dekarbonizasiya edəcək
"SOCAR Green" şirkəti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) fəaliyyətinin dekarbonizasiyası üzrə "yol xəritəsi" hazırlayıb.
"Far.Az" xəbər verir ki, bunu "SOCAR Green"in baş direktoru Elmir Musayev Bakıda İslam İnkişaf Bankı (IsDB) Qrupunun illik toplantıları çərçivəsində keçirilən "Regional bağlantının təmin edilməsi üçün dövlət-özəl tərəfdaşlığı çərçivəsində transsərhəd infrastruktur layihələri" adlı panel müzakirəsində çıxışı zamanı bildirib.
"Biz ölkənin ən böyük elektrik enerjisi istehlakçısı olan ADSEA ilə birgə layihə həyata keçiririk. Onlar üçün "yol xəritəsi" hazırlanıb və buna uyğun olaraq biz onların fəaliyyətinin dekarbonizasiyasını həyata keçirəcəyik və paralel olaraq enerji səmərəliliyi sahəsində həlləri tətbiq edəcəyik, bu da dövlətimiz üçün prinsipial olaraq yeni bir istiqamətdir. Azərbaycanda bərpa olunan enerji mənbələrinin gücünün artırılması mühüm əhəmiyyət kəsb edir, lakin istər milli, istərsə də qlobal səviyyədə enerji səmərəliliyi və enerji resurslarından rasional istifadə məsələlərinə diqqət yetirmək də eyni dərəcədə vacibdir", - E. Musayev vurğulayıb.
Onun sözlərinə görə, "SOCAR Green" digər texnoloji istiqamətlərdə də təşəbbüsləri fəal şəkildə inkişaf etdirir.
"Xüsusilə, biz Azərbaycanda geotermal enerjini təşviq edirik. Bundan əlavə, dəniz külək enerjisi sahəsində iki pilot layihəmiz var. Azərbaycan Xəzər dənizinin sahilində əhəmiyyətli texniki potensiala malikdir və hər birinin gücü 200 MVt olan iki pilot layihəmiz 2–3 QVt-a qədər miqyaslandırıla bilər. Bundan başqa, biz perspektivli texnologiyalar - bioyanacaq, biokömür və bioqaz üzərində genişmiqyaslı iş aparırıq. Yaxın gələcəkdə bu istiqamətdə də flaqman layihələrimizin olacağını gözləyirik", - şirkət rəhbəri əlavə edib.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib













