Pezeşkian və Tramp anlaşma memorandumunu imzalayıb
İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai ABŞ ilə anlaşma memorandumunun hər iki ölkənin lideri - Məsud Pezeşkian və Donald Tramp tərəfindən imzalandığını açıqlayıb.
"Far.Az" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, o, İran və ABŞ arasındakı anlaşma memorandumunun rəqəmsal şəkildə imzalandığını bəyan edib.
"Anlaşma memorandumu hər iki ölkənin prezidentləri tərəfindən imzalandıqdan sonra onun pozulması daha baha başa gələcək", - sözçü qeyd edib.
"Bu ana qədər danışıqlar qruplarının Cenevrədə iştirak proqramı qüvvədə qalır, lakin memorandum rəqəmsal qaydada imzalanıb və İsveçrədə hər hansı imzalama mərasimi keçirilməyəcək", - Bəqai bildirib.
Onun sözlərinə görə, memorandumun mətnində danışıqların yalnız nüvə məsələsi və sanksiyaların ləğvi istiqamətində aparılacağı vurğulanıb.
Oxşar xəbərlər
SOCAR "Uzbekneftegaz"la süni intellektin tətbiqi sahəsində Anlaşma Memorandumunu imzalayıb
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Qlobal təhlükəsizlik yeni mərhələdə - Nüvə balansı yenidən qurulur - ŞƏRH
Azərbaycan gömrükçüləri "Uşaq oyuncaqları" yükündən bəyan olunmayan mallar aşkarladı
İsmayıl Bəqai: ABŞ-İran danışıqlarının planı tərtib edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
COP29 karbon bazarı əməkdaşlığının yeni mərhələsi üçün əsas yaradıb
-
Kuşner: Əbu-Dabidə Ukrayna üzrə danışıqların ilk günü ümidvericidir













