Bu qonşu ölkənin 19 bölgəsinə SEL XƏBƏRDARLIĞI EDİLDİ
Türkiyədə hava şəraiti kəskin dəyişəcək.
Far.Az xəbər verir ki, Meteorologiya Baş İdarəsi (MGM) ölkə ərazisində hava şəraitinin kəskin pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib.
Egey və Mərkəzi Anadolu bölgələri ilə yanaşı, Qara dəniz sahillərində də güclü leysan yağışları və sel riski gözlənilir. Fəsadların qarşısını almaq üçün 19 şəhərdə "sarı" təhlükə kodu elan edilib.
Son qiymətləndirmələrinə görə, bu gün günortadan sonra ölkənin böyük bir hissəsində ildırım çaxacağı, göy gurultulu leysan yağışlarının yağacağı proqnozlaşdırılır.
Sel təhlükəsi olan şəhərlər isə Ankara, İzmir, Antalya, Aydın, Afyonkarahisar, Bolu, Burdur, Çankırı, Denizli, Eskişehir, Isparta, Kastamonu, Konya, Kütahya, Manisa, Muğla, Sinop, Uşak və Karabükdür.
Sinoptiklər təkcə yağış deyil, həm də güclü külək barədə xəbərdarlığı da ediblər.
Mərmərə dənizinin cənub və qərbində, Egey sahili boyu və Daxili Anadoluda küləyin sürətinin saatda 40-60 kilometrə çatacağı bildirilir.
Vətəndaşlardan dam örtüklərinin uçması və ağacların aşması kimi bədbəxt hadisələrə qarşı diqqətli olmaq xahiş olunur.
Qalereya
Oxşar xəbərlər
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
Şimal-qərb bölgəsində leysan yağışları olub, dolu düşüb
Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"28 May"–"Nizami" xətti bağlanır: Sabahdan 6 yeni ekspres avtobus işləyəcək
-
Gecə baş verən meteor yağışı Azərbaycanda belə izlənib - MARAQLI GÖRÜNTÜLƏR
-
Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"
-
Hacıqabulda avtomobilin vurduğu piyada ölüb
-
İsveç parlamenti cinayət məsuliyyəti yaşının 14-ə qədər endirilməsinə səs verib
-
ABŞ dronların idxalına rüsumlar tətbiq edib













