Hidayət Heydərov çəkisini sala bilmədiyi üçün "Böyük Dəbilqə" turnirində iştirak etməyib
Far.Az xəbər saytı

Hidayət Heydərov çəkisini sala bilmədiyi üçün "Böyük Dəbilqə" turnirində iştirak etməyib


Azərbaycan cüdoçusu Hidayət Heydərovun (73 kq) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirində iştirak etməməsinin səbəbi bəlli olub.

Far.Az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Cüdo Federasiyasından bildirilib.

Paris-2024 Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı çəkisini sala bilmədiyi üçün turnirdən kənarda qalıb.

****

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirində iştirak etməyib.

Far.Az report-a istinadən xəbər verir ki, olimpiya çempionu 1/16 finalda Usuxcarqal Altaibaatar (Monqolustan) ilə görüşə çıxmayıb.

H.Heydərovun hansı səbəbdən yarışdan kənarda qaldığı hələlik bəlli deyil.

Bu gün mübarizəyə qoşulan Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq), Fidan Əlizadə (63 kq) və Südabə Ağayeva (70 kq) ilkin raundlarda məğlub olublar.

Xatırladaq ki, "Böyük Dəbilqə" iyunun 21-də başa çatacaq. Azərbaycan yarışda 17 idmançı ilə təmsil olunur. Ötən gün Balabəy Ağayev (60 kq) qızıl, Nizami İmranov (66 kq) bürünc medal qazanıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Hidayət Heydərov çəkisini sala bilmədiyi üçün "Böyük Dəbilqə" turnirində iştirak etməyib - YENİLƏNİB
Lökbatanda anbarda GÜCLÜ YANĞIN - Kəmaləddin Heydərov hadisə yerinə gəldi
Hidayət Heydərov VI İslam Həmrəyliyi oyunlarında yarımfinala yüksəlib
Hidayət Heydərov Avropa çempionatının gümüş medalını qazanıb - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər