May 56 ilin ən soyuq aylarından biri oldu
Far.Az xəbər saytı

May 56 ilin ən soyuq aylarından biri oldu


Türkiyədə 2026-cı ilin may ayı son 56 ilin ən soyuq yeddinci may ayı kimi qeydə alınıb.

BAKU.WS xəbər verir ki, Meteorologiya Baş İdarəsinin yayımladığı Temperatur Analizi Hesabatına əsasən, may ayında ölkə üzrə orta hava temperaturu 15,7 dərəcə təşkil edib. Bu göstərici 1991-2020-ci illər üzrə may ayının iqlim normasından 1,4 dərəcə aşağı olub.

Hesabatda bildirilir ki, temperatur göstəriciləri Marmara bölgəsinin böyük hissəsində, Qara dəniz və Egey sahillərində, eləcə də bəzi şərq vilayətlərində mövsüm normalarına yaxın olub. Ölkənin digər ərazilərində isə temperatur əsasən normadan aşağı qeydə alınıb.

Meteoroloji müşahidələrə görə, may ayında ən aşağı temperatur Ardahanda mənfi 2 dərəcə, ən yüksək temperatur isə Ceylanpınarda 37,9 dərəcə olub.

Regional göstəricilər də temperaturun əksər bölgələrdə uzunmüddətli orta göstəricilərdən aşağı olduğunu ortaya qoyub. Yalnız Cənub-Şərqi Anadolu bölgəsində orta temperaturun artdığı qeyd edilib.

Mütəxəssislər hesab edirlər ki, bu nəticələr 2026-cı ilin yaz mövsümündə müşahidə olunan qeyri-sabit hava şəraitinin göstəricilərindən biridir.

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər