AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır
Far.Az xəbər saytı

AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır


Bakıda daha iki yol sahəsində təmir işləri icra edilir.

Bu barədə "Far.Az"a Azərbaycan Aztomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar olaraq nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq olunur.

Belə ki, bu gün saat 10:00-dan iyulun 4-ü, saat 07:00-dək Xan Şuşinski küçəsi (Rəşid Behbudov küçəsindən Vaqif küçəsinədək) yol tam bağlanır.

Bu gün saat 10:00-dan sabah saat 22:00-dək Hüseyn Cavid prospekti (Əbdürrəhim bəy Haqverdiyev küçəsindən Lev Landau küçəsinədək) hərəkət qismən məhdudlaşdırılır. Sabah saat 22:00-dan iyulun 6-sı, saat 07:00-dək isə bu yol tam bağlanacaq.

Sürücülərdən qeyd olunan tarixlərdə alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.

Oxşar xəbərlər

Bakının Əbdürrəhim bəy Haqverdiyev küçəsində mikromobillik zolağı təşkil edilir
Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! marşrutların hərəkət sxemi...
Bakıda bayram günlərində 42 ünvanda avtomobil yolları təmir olunacaq
DİQQƏT - Bayram günlərində Bakıda bu 42 yol təmir olunacaq - SİYAHI
Bu gündən Bakının 42 ünvanında yollarda hərəkət məhdudlaşdırılır - SƏBƏB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər