Novak: Rusiya dizel yanacağının ixracını qadağan edib
Far.Az xəbər saytı

Novak: Rusiya dizel yanacağının ixracını qadağan edib


Rusiya hakimiyyəti daxili bazara tədarük həcmini artırmaq məqsədilə dizel yanacağının ixracına qadağa tətbiq edib.

"Far.Az" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak Prezident Vladimir Putinin hökumət üzvləri ilə müşavirəsi zamanı bildirib.

"Bu gün dizel yanacağının ixracına qadağa tətbiq olundu və bu, daxili bazara tədarükü artırmağa imkan verəcək", - Baş nazirin müavini deyib.

Novakın sözlərinə görə, qəbul edilmiş qərar daxili istehlak üçün əlavə dizel yanacağı həcmlərini təmin etməyə və Rusiya bazarında vəziyyəti sabitləşdirməyə imkan verəcək.

Oxşar xəbərlər

Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır
Azərbaycandan Ermənistana dizel yanacağı göndərilib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər