Braziliya ABŞ-nin yeni rüsumları fonunda Asiya və Aİ-yə ixracı artırıb
Braziliya ixracı yeni bazarlara yönəltməklə Amerika rüsumlarından yaranan itkiləri kompensasiya edə bilib.
"Far.Az" yerli "Brasil 247" portalına istinadən xəbər verir ki, 2026-cı ilin birinci yarısında Braziliyanın Çin, Hindistan və Avropa İttifaqı (Aİ) ölkələrinə ixracı 16 milyard realdan (təxminən 3,2 milyard dollar) çox artıb.
Bununla yanaşı, ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən tətbiq edilən rüsumlardan dəyən zərər 2,6 milyard real (təxminən 520 milyon dollar) olaraq qiymətləndirilir.
Nəşr qeyd edib ki, xarici ticarətin şaxələndirilməsi siyasəti ölkəyə itirilmiş gəlirləri kompensasiya etməyə imkan verib. Portalın hesablamalarına görə, Braziliya Amerika bazarında itirilmiş hər bir realın əvəzinə yeni ixrac istiqamətləri hesabına altı realdan çox qazanc əldə edib.
Nəşr həmçinin bildirib ki, Braziliya ixracatçıları fəal şəkildə Asiya bazarlarına yönəlirlər. Çin və Hindistandan başqa, İndoneziya, Malayziya, Tailand və Vyetnam da daxil olmaqla, ASEAN ölkələri perspektivli istiqamətlər adlandırılır.
İxracatçıları dəstəkləmək üçün Braziliya İxrac və İnvestisiyaların Təşviqi Agentliyi 130 milyon real (təxminən 26 milyon dollar) ayırıb. Vəsaitlər xarici alıcıların axtarışına, məhsulların yeni bazarların tələblərinə uyğunlaşdırılmasına və şirkətlərin beynəlxalq sərgilərdə iştirakına yönəldiləcək. Agentliyin məlumatına görə, əvvəllər ABŞ bazarına istiqamətlənmiş müəssisələrin 72 %-i artıq öz tədarüklərini digər ölkələrə yönəldə bilib.
Daha əvvəl ABŞ Dövlət katibi Marko Rubio Braziliyadan tədarük edilən malların böyük hissəsinə 25 % həcmində rüsumların tətbiq edilməsi barədə qərarı elan etmişdi.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücü skuterə görə ana ilə uşağını avtobusdan düşürdü - Tədbir görüləcək
-
Güclü fırtına İstanbul hava limanlarının fəaliyyətini pozub
-
Bakıda dünya çempionatı çərçivəsində tanınmış güləşçilər azarkeşlərlə görüşəcəklər
-
İş adamı Zirə sakininin atasından qalma 12 hektar torpağını əlindən alıb?
-
ABŞ Mərkəzi Asiya ölkələri ilə ticarət məhdudiyyətlərini aradan qaldıra bilər
-
ABŞ Konqresi 1,15 trilyon dollarlıq müdafiə büdcəsini təsdiqləyib













