Qazaxıstan dron hücumundan sonra CPC terminalında neft yüklənməsini dayandırıb
Qazaxıstan neftinin Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) dəniz terminalında yüklənməsi iki tankerə pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücumdan sonra müvəqqəti dayandırılıb.
"Report"un Qazaxıstan bürosunun ölkənin Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, iyulun 19-da yükləmə əməliyyatları zamanı Qazaxıstanda hasil olunan neftin daşındığı ASIA və NISSOS IOS tankeriləri hücuma məruz qalıb.
Hücum nəticəsində gəmilərdə yanğın baş verib. Ekipajların operativ müdaxiləsi sayəsində alov qısa müddətdə söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb, həmçinin neftin dənizə sızmasına yol verilməyib.
Nazirliyin məlumatına əsasən, terminalın üzən yanalma qurğuları – VPU-1 və VPU-3 zədələnməyib. Bununla belə, insidentin nəticələri tam qiymətləndirilənədək yükləmə əməliyyatları dayandırılıb.
Qazaxıstanın Energetika Nazirliyi kritik enerji infrastrukturuna aid mülki obyektlərə qarşı hücumları qəbuledilməz adlandırıb.
Qeyd olunub ki, beynəlxalq enerji infrastrukturuna qarşı güc tətbiqi qlobal enerji təhlükəsizliyi üçün ciddi təhdid yaradır, enerji resurslarının beynəlxalq tədarük zəncirini pozur və layihə iştirakçılarının iqtisadi maraqlarına zərər vurur.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













