Niqmatilla Yuldoşev: Azərbaycanla əməkdaşlığı daha da möhkəmləndirəcəyik
Far.Az xəbər saytı

Niqmatilla Yuldoşev: Azərbaycanla əməkdaşlığı daha da möhkəmləndirəcəyik


Özbəkistan Azərbaycanla əməkdaşlığı daha da möhkəmləndirəcək.

"Far.Az" xəbər verir ki, bunu Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldoşev Azərbaycan və Özbəkistan prokurorluqları arasında əməkdaşlıq proqramının imzalanması mərasimində deyib.

Onun sözlərinə görə, hər iki ölkənin prezidentlərinin etimadını doğrultmaq, prokurorluq orqanları arasında əlaqələri daha da inkişaf etdirmək və birgə fəaliyyətin nəticələrini artırmaq üçün səylər davam etdiriləcək.

N.Yuldoşev həmçinin Azərbaycan Prokurorluğunun 100 illik yubiley medalı aldığına məmnun olduğunu bildirib:

"Bu etimad mənim üçün böyük qürur və iftixar mənbəyidir. Bu mükafat ölkələrimiz arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin göstəricisidir".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
AMEA-nın 80 illik yubiley yığıncağı keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər