Rubio çinli həmkarı ilə Si Cinpinin ABŞ-yə səfər hazırlığını müzakirə edib
Çin Sədri Si Cinpinin ABŞ-yə sentyabr ayında planlaşdırılan səfəri Çinin xarici işlər naziri Van İ və ABŞ-nin dövlət katibi Marko Rubionun Maniladakı danışıqlarının əsas mövzularından biri olub.
"Report" "South China Morning Post"a istinadən xəbər verir ki, Rubio və Van İnin Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) xarici işlər nazirlərinin görüşü çərçivəsindəki danışıqları təxminən saatyarım davam edib.
M.Rubionun sözlərinə görə, tərəflər Si Cinpinin Vaşinqtona qarşıdakı səfərinə hazırlığı, eləcə də uğurlu danışıqların əsası ola biləcək əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.
O qeyd edib ki, Vaşinqtonla Pekin arasında fikir ayrılıqları qalmaqdadır, lakin hər iki tərəf onların həlli üzərində işləmək və əməkdaşlıq yollarını axtarmaq niyyətindədir.
Öz növbəsində, Van İ iki ölkə liderlərinin əldə etdiyi razılaşmalara əməl edilməsinin, ikitərəfli münasibətlərdəki maneələrin aradan qaldırılmasının və əldə olunmuş konsensusun praktiki şəkildə reallaşmasına nail olmağın zəruriliyini vurğulayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücü skuterə görə ana ilə uşağını avtobusdan düşürdü - Tədbir görüləcək
-
Azərbaycanda tikinti sektorunda qiymət sabitliyi iyunda da qorunub
-
Hüquqşünas alimə cinayət işi açıldı
-
Avtovağzal Kompleksi yaxınlığında su borusunda qəza - Aidiyyəti qurum hərəkətə keçdi
-
ABŞ və Səudiyyə Ərəbistanı arasında dinc nüvə proqramına dair saziş imzalanıb
-
FHN əlilliyi olan şəxslər üçün maarifləndirmə tədbiri keçirib













