Fond: İpoteka kreditləri üzrə maksimal məbləğin artırılması bazardakı tendensiyalardan asılı olacaq
Far.Az xəbər saytı

Fond: İpoteka kreditləri üzrə maksimal məbləğin artırılması bazardakı tendensiyalardan asılı olacaq


Azərbaycanda ipoteka kreditləri üzrə maksimal məbləğin artırılması bazardakı tendensiyalardan asılı olacaq.

"Report" xəbər verir ki, bunu İpoteka və Kredit Zəmanət Fondunun Baş meneceri Rasim Abdullayev bildirib.

"Hazırda ipoteka kreditləri üzrə əsas məqsədimiz orta və aşağı gəlirli ailələrin, vətəndaşlarımızın bu mexanizmə əlçatanlığını təmin etməkdir. Bu səbəbdən Fond ipoteka kreditinin maksimum məbləğini 150 min manat səviyyəsində saxlayır. Bildiyiniz kimi, bankların da daha yüksək məbləğlər üzrə daxili ipoteka proqramları mövcuddur. Lakin Fondun əsas məqsədi cəlb etdiyi resurslar və dövlət büdcəsindən ayrılan vəsait hesabına mümkün qədər çox vətəndaşın mənzil təminatı problemini həll etməkdir. Biz bu istiqamətdə bazardakı tendensiyaları daim izləyir və diqqətdə saxlayırıq", - deyə o qeyd edib.

Fond rəsmisi əlavə edib ki, əgər zərurət yaranarsa, kreditin maksimum məbləğinin artırılması məsələsinə baxıla bilər: "Ancaq nəzərə almaq lazımdır ki, 150 min manat kredit götürülməsi uzunmüddətli perspektivdə kifayət qədər ciddi maliyyə öhdəliyidir. Hazırda proqramdan faydalanan vətəndaşların orta aylıq gəliri 2 100–2 200 manat, ailə üzvlərinin orta sayı isə 3–3,5 nəfərdir. Belə olan halda vətəndaşların faydalana biləcəyi maksimal məbləğ hələlik 150 min manatdır. Gələcəkdə kredit məbləğlərinin artması tendensiyası davam edərsə və orta göstəricilər maksimum həddə yaxınlaşarsa, kredit limitinin artırılması məsələsinə baxılacaq. Digər mühüm amil odur ki, kredit məbləğinin artırılması ilə bağlı hətta açıqlamanın özü belə bazarda ciddi ajiotaj yarada və daşınmaz əmlak qiymətlərinin sürətlə artmasına səbəb ola bilər. Buna görə bu məsələyə çox ehtiyatla yanaşırıq və yalnız real zərurət yarandığı halda müvafiq addımların atılmasını məqsədəuyğun hesab edirik".

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Xalq artisti Rasim Balayev dəfn olundu
Xalq artisti Rasim Balayevlə vida mərasimi başa çatıb
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər