Rusiya FTX-si Pavel Durovu beynəlxalq axtarışa verib
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) "Telegram"ın yaradıcısı Pavel Durovun beynəlxalq axtarışa verildiyini açıqlayıb.
Far.Az xəbər verir ki, FTX-nin məlumatına görə, "Telegram" administrasiyası Rusiya qanunvericiliyinin tələblərinə baxmayaraq, Ukrayna xüsusi xidmət orqanları, eləcə də terrorçu və ekstremist təşkilatlar tərəfindən istifadə olunduğu iddia edilən kanal, çat və botları silməyib.
Qurumun iddiasına əsasən, həmin platformalar vasitəsilə Rusiya ərazisində diversiya və terror aktlarının, kütləvi qətllərin koordinasiyası həyata keçirilib, həmçinin kiberdələduzluq fəaliyyəti təşkil olunub. Bildirilir ki, bu hadisələr nəticəsində çoxsaylı insan həlak olub və milyardlarla rubl məbləğində maddi ziyan dəyib.
Qeyd olunub ki, Pavel Durovun fəaliyyəti hələ fevral ayından terrorçuluğa yardım ittihamı üzrə cinayət işi çərçivəsində araşdırılır. Rusiya tərəfi iddia edir ki, 2022-ci ildən bəri "Telegram" vasitəsilə törədilən cinayətlərin sayı 153 mini ötüb, onlardan 33 mini terror və ekstremizm yönümlü olub.
Rusiya tərəfinin səsləndirdiyi bu iddialarla bağlı Pavel Durov və ya "Telegram" administrasiyası hələlik rəsmi açıqlama verməyib.
Oxşar xəbərlər
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













