Nyu-Yorkda Məkkə sazişi çərçivəsində XİN rəhbərlərinin görüşü keçirilib
Far.Az xəbər saytı

Nyu-Yorkda Məkkə sazişi çərçivəsində XİN rəhbərlərinin görüşü keçirilib


BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda Məkkə sazişi ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Görüş Türkiyənin XİN başçısı Hakan Fidan, onun pakistanlı həmkarı Məhəmməd İshaq Dar və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Al Səud arasında baş tutub.

Görüşün müzakirə mövzusu açıqlanmayıb.

Xatırladaq ki, avqustun 7-də Məkkədə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan kollektiv müdafiə haqqında saziş imzalayıb. Razılaşmaya əsasən, iştirakçılardan birinə hücum hər üç ölkəyə hücum kimi qiymətləndiriləcək. Husilərin Səudiyyə Ərəbistanına hücumları isə Türkiyə və Pakistanın Ər-Riyada yardım edib-etməyəcəyini gündəmə gətirib.

Oxşar xəbərlər

İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə iştirak ediblər
Fidan Türkiyənin husilərə qarşı Səudiyyə Ərəbistanına hərbi yardımını istisna etməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər