Tailandda məktəbdə atışmada ölənlərin sayı yeddi nəfərə çatıb – YENİLƏNİB
Far.Az xəbər saytı

Tailandda məktəbdə atışmada ölənlərin sayı yeddi nəfərə çatıb – YENİLƏNİB


Tailandın Nonthaburi əyalətində məktəbdə baş verən atışmada hücumçu da daxil olmaqla yeddi nəfər həlak olub.

"Report"un "Khaosod"a istinadən məlumatına görə, ölənlərdən üçü müəllim, üçü şagird və bir nəfər atəş açan şagirddir.

Məlumata görə, atıcı məktəb binalarından birində ölü tapılıb. İlkin məlumata görə, o, intihar edib.

Polis idarəsinin məlumatına görə, hadisə zamanı daha 15 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Tailandın Nonthaburi əyalətində orta məktəbdə baş verən atışma nəticəsində iki müəllim həlak olub, təxminən 20 nəfər yaralanıb.

"Report"un "Khaosod" nəşrinə istinadən məlumatına görə, hadisə avqustun 7-də səhər Banqkruay rayonunda, Tepsirində məktəbdə baş verib.

Atışma barədə məlumatdan sonra hadisə yerinə polis əməkdaşları, xilasedicilər və təcili yardım briqadaları gəlib. Yaralılar tibbi yardım üçün təxliyə edilib. İlkin məlumata görə, onlardan üçünün vəziyyəti ağırdır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbin ərazisini mühasirəyə alıb, şagirdlər, müəllimlər və işçilər təhlükəli zonadan təxliyə edilib. Polisin məlumatına görə, şübhəli yetkinlik yaşına çatmayan şəxsdir.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Oxşar xəbərlər

Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6
İrandan daha 27 nəfər Azərbaycana təxliyə edilib - YENİLƏNİB-5
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Son iki saatda İrandan Azərbaycana 10 nəfər təxliyə edilib - YENİLƏNİB-5

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər