Peru və Meksika diplomatik münasibətləri bərpa edir
Peru və Meksika ötən ilin sonunda Mexiko tərəfindən Perunun sabiq baş naziri Betsi Çavesə siyasi sığınacaq verilməsindən sonra kəsilmiş diplomatik münasibətlərin bərpa olunması barədə razılığa gəliblər.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə iki ölkənin xarici işlər nazirlikləri (XİN) məlumat yayıb.
Peru XİN-in məlumatına görə, hakimiyyət Betsi Çavesə Meksikaya getməsi üçün mühafizə sənədi verib. Bununla belə, ölkə gələcəkdə onun ekstradisiyası ilə bağlı sorğu vermək hüququnu özündə saxlayıb.
Perunun xarici işlər naziri Karlos Espa Çavesin cümə axşamı təxminən gecə yarısı ölkəni tərk etdiyini və Meksikaya uçduğunu bildirib.
Qeyd edək ki, ölkələr arasında diplomatik münasibətlər Meksika hökumətinin 2022-ci ildə Perunun keçmiş prezidenti Pedro Kastilyonun Konqresi buraxmaq cəhdində ehtimal olunan roluna görə sui-qəsddə ittiham olunan Çavesə sığınacaq verməsindən sonra kəsilib. Sonradan Peru Konqresi Meksika Prezidenti Klaudiya Şeynbaumu persona non qrata elan edib.
İyul ayında Perunun seçilmiş Prezidenti Keyko Fuximori Meksika ilə münasibətləri bərpa etmək niyyətində olduğunu açıqlayıb.
2023-cü ilin əvvəlindən ölkələrin Meksika hakimiyyətinin Pedro Kastilyonu dəstəkləməsi fonunda yaranan diplomatik münaqişə səbəbindən səfirləri olmayıb. Meksika həmçinin onun həyat yoldaşına və uşaqlarına da siyasi sığınacaq verib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Kəsilmiş ağacın əvəzinə yeni ağac əkilib və üzərinə identifikasiya etiketi vurulub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
XÜSUSİ TƏKLİFLƏR - BAKUCARS ilə Bakıda avtomobil icarəsində sərfəli fürsətlər
-
ABŞ-da faydalı qazıntıların hasilatına 3 milyard dollar investisiya qoyulacaq
-
Valideynlərə müraciət: Erkən evlilik uşağın gələcəyinin əlindən alınması deməkdir
-
"Matrix" filminin yeni hissəsi çəkiləcək
-
Akın Gürlek: Terror probleminin sona çatmasına az qalıb
-
İspaniya İtaliyadan gələnlər üçün daxili sərhədlərdə nəzarət tətbiq edəcək













