"NY Post": Corc Sorosun yaratdığı fondda yoxlamalar aparılacaq
Far.Az xəbər saytı

"NY Post": Corc Sorosun yaratdığı fondda yoxlamalar aparılacaq


ABŞ Prezidenti Donald Trampın administrasiyası sol təmayüllü bir neçə qeyri-kommersiya təşkilatının, o cümlədən amerikalı milyarder Corc Soros tərəfindən əsası qoyulmuş "Açıq Cəmiyyət" fondunun genişmiqyaslı vergi yoxlamalarını keçirməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "New York Post" (NY Post) məlumat yayıb.

Məlumata görə, ABŞ Maliyyə Nazirliyi bu təşkilatların fəaliyyətinin geniş auditinin keçirilməsi planını hazırlayır. Yoxlamaların nəticələrinə əsasən, QHT-lər vergi güzəştlərindən məhrum ola və böyük məbləğdə cərimələnə bilər.

"Açıq Cəmiyyət" fondundan başqa, yoxlamaların Amerika-İslam Əlaqələri Şurasına (CAIR) və "Southern Poverty Law Center" hüquq müdafiə təşkilatında da aparılacağı gözlənilir.

"ABŞ Maliyyə Nazirliyi işi axıra çatdırmaqda qətiyyətlidir və geri çəkilməyi planlaşdırmır", - qəzetin mənbələrindən biri bildirib. Onun fikrincə, bu təşkilatların bir çoxu və onların donorları üçün "günlər sayılıb".

Oxşar xəbərlər

QHT-lərə dövlət dəstəyinin "bir pəncərə"li yeni mexanizmi yaradılıb
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər