ABŞ sentyabrda Venesuela ilə enerji sazişi bağlamağı planlaşdırır
ABŞ artıq sentyabrda Venesuela ilə uzunmüddətli enerji sazişi bağlamağı planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə "The Washington Post" Vaşinqton və Karakas arasındakı danışıqların gedişatı ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ-nin dövlət katibi Marko Rubio və energetika naziri Kris Rayt sazişin bağlanmasını elan etmək üçün sentyabrın əvvəlində Venesuelaya səfər etməyi planlaşdırırlar. Bununla belə, neft-qaz sənayesinin bəzi mütəxəssisləri bu müddətə qədər əhəmiyyətli bir razılaşmanın hazırlana biləcəyinə şübhə ilə yanaşırlar.
Qəzet qeyd edir ki, razılaşmaya aparan yolda bir sıra maneələr, o cümlədən təbii sərvətlər üzərində nəzarətin ABŞ-yə verilməsinə Venesuela daxilindəki müqavimət qalmaqdadır. Sazişin həyata keçirilməsi üçün Venesuela Konstitusiyasına dəyişikliklərin edilməsinin tələb olunacağı istisna edilmir.
Mənbələrin məlumatına görə, tərəflər ən azı 17 neft yatağının uzunmüddətli icarə hüququnun ABŞ-yə verilməsini müzakirə edirlər. Söhbət Venesuelanın neft ehtiyatlarının təxminən üçdə birini əhatə edəcək müqavilələrdən gedir. Bu, Vaşinqtona təxminən 90 milyard barel Venesuela neftinə çıxış əldə etməyə imkan verə bilər.
Avqustun 27-də "Axios" portalı yazıb ki, ABŞ administrasiyasında mümkün saziş möhtəşəm olaraq xarakterizə edilir. Nəşrin məlumatına görə, saziş bağlanacağı təqdirdə, ABŞ-nin neft ehtiyatları iki dəfədən çox arta bilər.
Avqustun 28-də "Bloomberg" xəbər verib ki, Vaşinqton Karakasla bəzi Venesuela neft yataqlarının 100 il müddətinə icarəyə götürülməsi imkanını müzakirə edir.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ ilk dəfə narkotik kartelinin dronlarına qarşı lazer sistemindən istifadə edib
-
Bəyan edilməyən dərmanların gömrük sərhədindən keçirilməsinin qarşısı alındı
-
Yenilməz çempion Elbəy Alışov: "UFC-dən təklif gəlsə, qərarım hazırdır"
-
"Qanun" nəşriyyatının tərcüməçisi müəmmalı şəkildə ölüb - Ailəsindən AÇIQLAMA
-
Xalq artistindən diqqətçəkən görüntülər: Kameralar qarşısında nə baş verdi?
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (28.08.2026)













