Tramp: Nikolas Maduroya qarşı yeni ittihamlar irəli sürülə bilər
Far.Az xəbər saytı

Tramp: Nikolas Maduroya qarşı yeni ittihamlar irəli sürülə bilər


ABŞ-da Venesuela prezidenti Nikolas Maduroya qarşı yeni ittihamlar irəli sürülə bilər.

"Report"un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı bildirib.

"Onlar çox ağır cinayətlər törətməkdə ittiham olunurlar", – deyə Tramp Maduro və onun həyat yoldaşı Seliya Floresi nəzərdə tutaraq bildirib. O əlavə edib ki, Maduro və həyat yoldaşına ABŞ-a məhbusların göndərilməsi məqsədilə Venesuela həbsxanalarını boşaltmaları ilə bağlı hələlik ittiham irəli sürülməyib, lakin gələcəkdə bu məsələ üzrə də ittiham oluna bilərlər.

Ağ Ev rəhbəri daha əvvəl dəfələrlə Venesuela hakimiyyətini ölkədən ABŞ-a qanunsuz miqrasiyaya şərait yaratmaqda ittiham edib.

Tramp mart ayında da Maduro ilə bağlı "qarşıda başqa məhkəmə proseslərinin də olduğunu" və onun barəsində "digər işlərin də açılacağını" bildirib.

ABŞ lideri yanvarın 3-də Venesuelada genişmiqyaslı əməliyyat keçirildiyini açıqlayıb. Onun sözlərinə görə, əməliyyat zamanı Bolivar Respublikasının prezidenti Nikolas Maduro və həyat yoldaşı ələ keçirilərək ABŞ-a aparılıblar.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər