Türkiyədə bu məşhurların QANUNSUZ TİKİLƏN EVLƏRİ SÖKÜLƏCƏK - SİYAHI
İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) Boğaziçi ərazisində (Qara dəniz ilə Mərmərə dənizini birləşdirən Bosfor boğazının hər iki sahilində yerləşən yaşayış massivləri) tikilən qanunsuz binaların sökülməsi üçün genişmiqyaslı əməliyyata başlayıb.
BAKU.WS xəbər verir ki, "Sarıyer Gazetesi"nin Baş Redaktoru Bəkir Batunun yaydığı məlumata görə, İBB-yə bağlı Boğaziçi İmar İdarəsi 22 sentyabr 2026-cı il tarixində bununla bağlı böyük bir tender keçirəcək.
4 bölgə üzrə 4141 qanunsuz tikili söküləcək.
Rəsmi sənədlərə əsasən, söküntü qərarı verilən mülklər arasında adi vətəndaşlarla yanaşı, holdinglərin, iş adamları və məşhur simaların mülkləri yer alır.
Siyahıda Ferdi Tayfur, Hülya Avşar, Süreyya Yalçın, Mehmet Ali Erbil və Harika Avcı kimi məşhurların evləri, eyni zamanda Sarıyer Bələdiyyəsinin Büyükdere binası da var.
Sözügedən 4 141 ünvanı əhatə edən tam siyahı Türkiyə Dövlətinin rəsmi internet portalı olan Elektron Dövlət Satınalmaları Platformasında (EKAP) ictimaiyyətə açıq şəkildə yerləşdirilib.
Söküləcək binaların sayı Sarıyerdə 1982, Beykozda 989, Üsküdarda 626, Beşiktaşda 544 ədəddir.
Oxşar xəbərlər
Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Bu günün valyuta məzənnələri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda kafedə dava zamanı bir nəfər öldürüldü - 9 nəfər saxlanıldı - ANBAAN VİDEO
-
Makron Paris yaxınlığındakı atışmanı irqçilik zəminində törədilən ilk terror aktı adlandırıb
-
Elin Süleymanov: Cənubi Qafqaz sülh nümunəsinə çevrilib
-
Fransada yeni etiraz aksiyalarına görə təhlükəsizlik tədbirləri gücləndiriləcək
-
İrəvanda COP-17 və "yaşıl ikiüzlülük" - Cənubi Qafqazın ekologiyasına Ermənistanın "töhfələri"
-
Özbəkistan və Hindistan XİN başçıları Bakıda görüş keçiriblər













