TİKA və AIDA Afrika ölkələrində birgə layihə həyata keçirməyi planlaşdırır
Far.Az xəbər saytı

TİKA və AIDA Afrika ölkələrində birgə layihə həyata keçirməyi planlaşdırır


Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) bir sıra Afrika ölkələrində Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) ilə birgə layihə həyata keçirməyi planlaşdırır.

"Report" xəbər verir ki, bunu TİKA-nın sədri Abdullah Eren "Humanitar yardım və inkişaf naminə əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin gücləndirilməsinə dair Konfrans"ın panel müzakirəsində deyib.

Sədr layihənin təfərrüatlarını açıqlamayıb, lakin qeyd edib ki, agentlik dünyanın 53 ölkəsində xidmət göstərir.

"Biz 53 ölkədə təmsil olunuruq və orada 57 ofisimiz fəaliyyət göstərir. Bəzi dövlətlərdə birdən çox nümayəndəlik açılıb - məsələn, Əfqanıstanda və Pakistanda. Amma biz aydın şəkildə görürük ki, ölkə daxilində etibarlı və səmimi tərəfdaşlar tapmaq lazımdır. Yardım edərkən başa düşürük ki, layihələrin idarə edilməsi və davamlılığı yerli tərəfdaşın öhdəsində qalır. Buna görə də əsas vəzifə - yerli əhalinin potensialını artırmaq və imkanlarını genişləndirməkdir", - o vurğulayıb.

Öz növbəsində, Somalinin Azərbaycandakı səfiri Abdinur Dahir Fidov ehtiyacı olan ölkələrə humanitar yardım göstərilməsində AIDA-nın mühüm rolunu qeyd edib və Azərbaycanın təhsil sahəsinə prioritet diqqət yetirməsinin əhəmiyyətini vurğulayıb:

"Somali üçün bugünkü konfransın mövzusu xüsusilə aktualdır. Mənim ölkəm dəfələrlə humanitar çağırışlarla, ərzaq qıtlığı və digər çətinliklərlə üzləşib. Bu təcrübə beynəlxalq həmrəyliyin vacibliyini, icmaların dayanıqlığını təmin etmək və böhranların öhdəsindən gəlmək üçün həssaslığın köklü səbəblərinin aradan qaldırılmasının zəruriliyini nümayiş etdirib".

Cənubi Koreyanın Azərbaycandakı səfiri Kan Kimqu öz ölkəsinin təcrübəsindən danışıb:

"Bu, bir çox ənənəvi donorlarda olmayan unikal təcrübədir. İnanıram ki, bu həm də Azərbaycanın güclü tərəflərindən biridir. Azərbaycan və Koreyanın fərqli tarixi və fərqli təcrübəsi var. Lakin inanıram ki, donor ölkələr kimi ortaq yolumuz bizə bir-birimizi daha dərindən anlamağa imkan verir və ölkələrimiz arasında xüsusi əlaqə yaradır".

Milli Məclisin deputatı Fariz İsmayılzadə AIDA-nın ölkələrə necə yardım göstərdiyini əyani şəkildə gördüyünü vurğulayıb:

"Bu gün ölkəmin donor ölkə olması ilə qürur duyuram. Biz 150-dən çox ölkəyə yardım edirik. Bu, ölkəmizin, cəmiyyətimizin və xarici siyasətimizin gücləndiyini nümayiş etdirir. Bu yaxınlarda mən Efiopiyada oldum və missiyamızın orada gördüyü möhtəşəm işin şahidi oldum".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər