Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun  ayrılmasını təsdiqləyib
Far.Az xəbər saytı

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib


Avropa Komissiyası bu gün "Patriot" sistemləri üçün ABŞ-nin PAC-3 raketləri də daxil olmaqla, hava hücumundan müdafiə (HHM) vasitələrinin, dronların və raketlərin alınması məqsədilə Avropa İttifaqının (Aİ) kreditindən Ukraynaya 6,1 milyard avronun ayrılmasını təsdiqləyib.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə müdafiə üzrə Avropa komissarı Andryus Kubilyus jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, qəbul edilmiş qərar Ukraynaya "Ukraine Support Loan" krediti vəsaitləri hesabına "Patriot" sistemləri üçün PAC-3 raketlərini almağa imkan verir. Xüsusilə, söhbət NATO tərəfindən əlaqələndirilən PURL ("Prioritised Ukraine Requirements List") mexanizmi vasitəsilə ABŞ avadanlıqlarının tədarükündən gedir.

Komissarın sözlərinə görə, bugünkü qərardan sonra "Ukraine Support Loan" çərçivəsində Ukraynanın müdafiə ehtiyaclarının maliyyələşdirilməsi məqsədilə 2026-cı il üçün nəzərdə tutulmuş 28,3 milyard avro bölüşdürülüb.

Oxşar xəbərlər

Hava Hücumundan Müdafiə bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər