İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
İraq hökuməti Səudiyyə Ərəbistanı ərazisindəki obyektə pilotsuz uçuş aparatları (PUA) ilə hücumu kəskin şəkildə pisləyən rəsmi bəyanatla çıxış edib.
"Report" xəbər verir ki, Nazirlər Kabinetində krallığın təhlükəsizliyini təhlükə altına ala biləcək və ya iki ölkə arasındakı mehriban qonşuluq münasibətlərinə zərər vura biləcək hər hansı təcavüz aktının qəbuledilməzliyi vurğulanıb.
İraqın Baş naziri Əli əl-Zaidi dərhal hücumun təfərrüatlarını araşdırmaq, təşkilatçıları müəyyən etmək və iştirakı olan hər kəsi məsuliyyətə cəlb etmək barədə göstəriş verib. Bağdadda bildirilib ki, İraq və onun dost dövlətlərlə əlaqələri üçün təhlükə yaradan addımlara "göz yumulmayacaq".
İraq tərəfi həmçinin Ər-Riyada konstruktiv reaksiyaya və təmkinə görə minnətdarlığını bildirib. Bağdadda qeyd olunub ki, Səudiyyə Ərəbistanının mövqeyi onun regionda sabitliyi və təhlükəsizliyi dəstəkləmək istəyini təsdiqləyir.
Daha əvvəl Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən (XİN) bildirilib ki, ölkə ərazisindəki "Şərq-Qərb" neft kəməri İraqdan buraxılan dronların hücumuna məruz qalıb.
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Müxtəlif ölkələrin rəsmiləri, qurumları və beynəlxalq təşkilatlar İranın Naxçıvana dron hücumunu pisləyib -YENİLƏNİB
Müxtəlif ölkələrin rəsmi şəxsləri, qurumlar və beynəlxalq təşkilatlar İranın Naxçıvana dron hücumunu pisləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda 9 mərtəbəli yataqxana TƏMİR OLUNACAQ
-
Tramp İranla münaqişənin nə vaxt başa çatacağını açıqlayıb
-
BƏƏ Almaniya iqtisadiyyatına 40 milyard avro investisiya yatıracaq
-
Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub
-
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ
-
İsveçrədə avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var













