Dövlət Departamenti Ukraynaya HHM vasitələri və sursatların mümkün satışını təsdiqləyib
ABŞ Ukraynaya ümumi dəyəri 2,68 milyard dollar olan hava hücumundan müdafiə vasitələri və sursatların mümkün satışını təsdiqləyib.
"Far.Az" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında yayımlanan bəyanatda bildirilib.
Qeyd olunub ki, Ukrayna hakimiyyəti "S-300" hava hücumundan müdafiə sistemləri üçün analoji raketlərin, GAM-67 raketlərinin, lazerlə idarə olunan uzaq mənzilli raket sistemlərinin, özüyeriyən buraxılış qurğularının, pilotsuz uçuş aparatlarının aşkarlanması sistemlərinin, mobil buraxılış qurğularının modernləşdirilməsi üçün dəstlərin, həmçinin müvafiq avadanlıq və təmir-baxım xidmətlərinin alınmasına icazə istəyib.
Söhbət əsas hərbi texnika və silah nümunələrinə aid olmayan vasitələrdən gedir.
Departament hesab edir ki, silahların alınması Avropa ölkələri tərəfindən Kiyevə ayrılan vəsaitlər, eləcə də ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası tərəfindən "Foreign Military Financing" mexanizmi çərçivəsində təqdim edilən maliyyə hesabına həyata keçiriləcək.
Bu mexanizm xarici dövlətlərə ABŞ istehsalı olan silahların alınması üçün qrant və kreditlərin verilməsini nəzərdə tutur.
Oxşar xəbərlər
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Prezident Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gəncədə Ramiz Mehdiyevin kürəkəninin özbaşınalığı: Milyonlarla manatı verilməyən qadın borc bataqlığına düşdü
-
Rəşad Ələkbərov: Nəsiminin Şamaxıda ucaldılan abidəsi 5 ilə hazırlanıb
-
Lənkəranda gəncə ağır xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
-
Nizami rayonunda kanalizasiya problemi
-
Lənkəranda gəncə ağır xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
-
Xətai və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq













