Yeni "Kalaşnikov" Azərbaycanda
Far.Az xəbər saytı

Yeni "Kalaşnikov" Azərbaycanda


Rusiyanın "Kalaşnikov" konserni ilk dəfə olaraq Azərbaycanda ən yeni avtomatlarını və "Kub" ailəsinə aid sursatlarını nümayiş etdirəcək.

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı konsernin mətbuat xidməti yayıb.

Məlumata görə, 2026-cı ilin 30 sentyabr - 2 oktyabr tarixlərində Bakı şəhərində baş tutacaq 6-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (ADEX 2026) 5.45 millimetrlik qısaldılmış "AK-12K" və kiçikölçülü "AK-12SK", həmçinin 7.62 millimetrlik qısaldılmış "AK-15K" və kiçikölçülü "AK-15SK" avtomatları sərgilənəcək.

Sözügedən tədbir çərçivəsində şirkət "Kub-2-E", "Kub-10E" və "Kub-10ME" sursatlarını da iştirakçılara təqdim edəcək.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
"Kalaşnikov" Bakıda keçiriləcək ADEX 2026 sərgisində yeni avtomatlar təqdim edəcək
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər