Qızına deyilən nalayiq söz qanlı sonluqla bitdi
Kürəkənini öldürməkdə təqsirləndirilən Firdovsi Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nemət Məmmədovun sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunub. Hökmə əsasən, Firdovsi Hüseynov 8 il 11 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Firdovsi Hüseynovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Xatırladaq ki, hadisə 2026-cı il fevralın 17-dən 18-nə keçən gecə baş verib. Belə ki, Firdovsi Hüseynov qızının nişanlısı Rəşad Hüseynovun qızının ünvanına nalayiq sözlər dediyinə görə evdən bıçaq götürərək R.Hüseynovun yaşadığı evin həyətinə gedib.
Aralarında yaranan münaqişə zamanı F.Hüseynov bıçaqla R.Hüseynovun sinəsinə zərbə endirərək ona ağır bədən xəsarəti yetirib. Xəstəxanaya çatdırılan R.Hüseynov 40 gün sonra vəfat edib.
Faktla bağlı cinayət işi başlanıb. Firdovsi Hüseynov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə məsuliyyətə cəlb olunub.
Oxşar xəbərlər
Bakıda kafenin qarşısında dəhşətli QƏTL: "Moyka" biznesi ölümlə bitdi
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Lənkəranda qandonduran HADİSƏ – Ana isti qaşıqla 3 yaşlı qızının qolunu DAĞLADI
Bakıda qızının nişanlısını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İmişli Şəkər Zavodunda boş anbarda yanğın zamanı şəkər ehtiyatlarına zərər dəyməyib - YENİLƏNİB
-
Xaçmazda yol qəzasında xəsarət alan doqquz nəfərin kimliyi məlum olub - YENİLƏNİB
-
Vuçiç: Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək
-
Fransada barda atışma zamanı üç nəfər yaralanıb
-
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
-
Natiq Əliyev Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub













