Bal ixracından 7 ayda 1 milyon 411 min 504 dollar qazanıblar
Far.Az xəbər saytı

Bal ixracından 7 ayda 1 milyon 411 min 504 dollar qazanıblar




Yanvar-iyul ayları arasında Türkiyənin Şərqi Qara dəniz bölgəsindən 7 ayda 1 milyon 411 min 504 dollar dəyərində 335 ton bal ixrac edildiyi bildirilib.

Far.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Şərqi Qara dəniz regionundan bal ixracına ən böyük tələbat ABŞ-dan gəlib.

Şərq Qaradəniz İxracatçılar Birliyinin İdarə Heyətinin sədri Saffet Kalyoncu bildirib ki, 7 ayda bölgədən 335 ton bal ixrac edilib.

İxracdan 1 milyon 411 min 504 dollar qazanıldığını bildirən Kalyoncu bu açıqlamanı verdi:

Birinci yerdə 665 min 390 dollarla ABŞ qərarlaşıb. ABŞ-ı 376 min 367 dollarla Almaniya, 154 min 53 dollarla Səudiyyə Ərəbistanı izləyir. Sözügedən dövr ərzində bölgədən Birləşmiş Ərəb Əmirlikləri, Liviya, Qətər, Oman, Azərbaycan, Banqladeş, Belçika və Böyük Britaniyaya da bal satılıb.

Far.Az

Oxşar xəbərlər

Azərbaycan meyvə-tərəvəz ixracından 380 mln. dollardan çox gəlir əldə edib
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi bu il 2.5 mlrd. dolları ötüb
Futbol tarixinin 15 ən böyük UĞURSUZ TRANSFERİ - SİYAHI
Liviya Mərkəzi Bankı əməliyyatlarını dayandırıb
Bu il Azərbaycan şəkər ixracından gəlirlərini artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər