Göyçayda İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi 8 nəfər saxlanılıb
Göyçayda İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi 8 nəfər saxlanılıb.
Bu barədə "Far.Az"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Qeyd edilib ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuş Zeytunə Mirzəyeva, Valid Kazımlı və Tural Niftəliyev saxlanılıb. Onlardan 8 kiloqram 350 qram marixuana aşkarlanıb. Saxlanılanlar şəxsiyyəti araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiklərini və pul qarşılığında narkotik vasitələri paytaxta aparmağa razılaşdıqlarını bildiriblər.
Eyni zamanda əməliyyatlar zamanı narkotiklərin dövriyyəsini təşkil edən daha 5 nəfər - Samir Məmmədov, Müşviq Cəfərov, Ruslan Əliyev, Elşən Niyətov və Rüstəm Mirzəyev saxlanılıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Qəbələdə narkokuryerlikdə şübhəli bilinən şəxslər saxlanılıb
"Şlyapa Zahid"in barəsindəki hökm qüvvədə saxlanılıb
İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb
Sumqayıtda İran vətəndaşının kuryerliyə cəlb etdiyi şəxsdən 50 kiloqram narkotik aşkarlanıb
Paytaxtda əməliyyat keçirilib, üç nəfərdə 24 kiloqram narkotik vasitə aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Albaniyada Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsi üçün 6 milyon dollar ayrılıb
-
Haaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb
-
ABŞ-də senatorlar süni intellektin Çin gəmisi barədə yanlış hesabatının araşdırılmasını tələb ediblər
-
"Barselona" Rafinyanın het-triki sayəsində "Sevilya"nı məğlub edib
-
Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür













