Küləyin sürəti artıb, bəzi rayonlarda şaxta qeydə alınıb - FAKTİKİ HAVA
Far.Az xəbər saytı

Küləyin sürəti artıb, bəzi rayonlarda şaxta qeydə alınıb - FAKTİKİ HAVA


Yanvarın 5-i saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, Binə, Çilov adası, Hacıqabul, Neftçalada duman müşahidə olunub.

Narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi arabir Daşkəsəndə 23 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Oğuzda 20 m/s, Naftalan, Qobustan, Lerikdə 18 m/s, Şəkidə 15 m/s-dək güclənib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 9 dərəcəyədək isti, Naxçıvan MR-da 10, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.

Oxşar xəbərlər

Bayram günlərində gözlənilən hava proqnozu açıqlanıb
Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb
Bakıda külək güclənib, bəzi yerlərdə leysan yağır - YENİLƏNİB-2
Dekabrda orta aylıq temperatur iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ
Sentyabr ayının hava proqnozu açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər