IMF: Pul-kredit siyasətinə dair icmal AMB-nin siyasətinin izahının əsas aləti olmalıdır
Azərbaycan Mərkəzi Bankının (AMB) pul-kredit siyasətinə dair icmalı bankın siyasətinin izahının əsas alətinə çevrilməlidir.
Bu barədə “Far.Az” Beynəlxalq Valyuta Fondunun (IMF) hesabatına istinadən xəbər verir.
"AMB müasir mərkəzi bank təcrübəsində kommunikasiyanın əhəmiyyətini dərk edir və son illərdə bu istiqamətdə əhəmiyyətli irəliləyişə nail olub. Bu da onun inflyasiya hədəfləməsi rejiminə tədricən keçidi və yeni rəhbərliyin açıqlıq və şəffaflıq prinsiplərinə sadiqliyi ilə uzlaşır", - fond vurğulayıb.
Valyuta Fondu qeyd edir ki, AMB-nin şəffaflığı və kommunikasiya sahəsində uğurları xarici maraqlı tərəflər – jurnalistlər, maliyyə analitikləri və bazar iştirakçıları tərəfindən müsbət qiymətləndirilir. Kommunikasiya Departamenti məhdud resurslara baxmayaraq, informasiya axınlarının idarə olunmasında mühüm rol oynayır. Bununla belə, kommunikasiyanın effektivliyini artırmaq üçün daha sistemli və rəsmiləşdirilmiş yanaşmaya ehtiyac var, hesabatda bildirilib.
AMB-nin kommunikasiya strategiyasının təkmilləşdirilməsi üzrə tövsiyələr arasında Kommunikasiya Departamentinin gücləndirilməsi - ştatın genişləndirilməsi, departamentin qərar qəbulunda iştirakının artırılması və müxtəlif auditoriyalarla qarşılıqlı əlaqə strategiyasının işlənib hazırlanması qeyd olunub. Hesabatda mediya ilə qarşılıqlı əlaqə qaydalarının yenilənməsi və Kommunikasiya Siyasətinə inteqrasiya olunması, sosial şəbəkələrdə iş strategiyasının tətbiqi və kommunikasiya fəaliyyətinin illik planının hazırlanması təklif olunub. Proaktiv kommunikasiyaya keçid çərçivəsində IMF mesajların idarə edilməsi (message management) sisteminin yaradılması, əsas tezisləri və arqumentləri əhatə edən “mesaj qutuları”nın (message boxes) formalaşdırılması və jurnalistlər, maliyyə analitikləri ilə müntəzəm görüşlərin təşkilini tövsiyyə edir.
Fond hesab edir ki, pul-kredit siyasətinə dair icmal makroiqtisadi proqnozları və risklərin təhlilini əhatə edən flaqman nəşrə çevrilməlidir: "Uçot dərəcəsi üzrə press-relizlərin məzmunu daha aydın və proqnozlaşdırıla bilən olmalı, inflyasiya, bank sektoru və banklararası bazar üzrə analitik materialların dərc edilməsi təşviq olunmalıdır".
IMF vizual kommunikasiyanın genişləndirilməsi təklifi çərçivəsində AMB-yə sosial şəbəkələrdə iştirakını gücləndirilməsini, məlumatların çatdırılmasında qrafik, infoqrafik və videodan geniş istifadə etməyi tövsiyyə edir.
Bundan əlavə, media və sosial şəbəkələrin monitorinqi, mesajların ictimaiyyət tərəfindən qavranılmasının təhlili və AMB-yə etimadı ölçmək üçün mütəmadi sorğuların keçirilməsi, məlumatın əlçatanlığının qiymətləndirilməsi üçün qabaqcıl təhlil metodlarından istifadə təklif olunur.
"İqtisadi vəziyyətdə gözlənilməz dəyişikliklərə çevik reaksiya vermək üçün böhran kommunikasiyası mexanizmlərinin işlənib hazırlanması və mümkün boşluqları müəyyən etmək üçün simulyasiyaların keçirilməsi kömək edə bilər", - IMF hesab edir.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
Osman Xaliyev: “SİF-in prioritet sahələri sırasına “yaşıl layihə”lərin maliyyələşdirilməsini daxil etmişik” – MÜSAHİBƏ
AIFC-nin idarəedici direktoru: “Azərbaycan "yaşıl maliyyələşmə" üzrə regional liderə çevrilə bilər” - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
Yatmazdan əvvəl yeyilən ən zərərli qəlyanaltının adı açıqlandı
-
Sümükləri möhkəmləndirmək üçün ən faydalı səhər yeməyi açıqlandı
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib













