Bakıda apteklər şəbəkəsinin müdiri xanım işçini döymüşdü, bu dəfə özü döyülüb - ŞOK TƏFƏRRÜAT
Far.Az xəbər saytı

Bakıda apteklər şəbəkəsinin müdiri xanım işçini döymüşdü, bu dəfə özü döyülüb - ŞOK TƏFƏRRÜAT


Bakıda Aysel Kərimova adlı xanım işçinin aptekdə vəhşicəsinə döyülməsi barədə xəbər vermişdik. Onu döyən şəxs aptekin müdiri Elnur Cabbarov idi.

E. Cabbarov Bakıda fəaliyyət göstərən "Depo Apteklər" şəbəkəsinin müdiridir.

Far.Az Musavat.com-a istinadən xəbər verir ki, müdirin işçisini döyməsinin səbəbi pişik bənzətməsi olmuşdu.

Belə ki, Aysel adlı xanım aptekin başqa bir işçisi ilə yazışarkən ona pişiklə olan şəklini göstərib. Söhbət zamanı Aysel adlı xanım Elnuru pişiyə bənzədib. Bu yazışmadan Elnur xəbər tutub və Ayseldən üzr videosu çəkməsini istəyib. Aysel bununla razılaşmadığı üçün aptekdə onu döyüb. Bu görüntülər sosial şəbəkələrdə geniş müzakirə mövzusu olmuşdu.

Həmin görüntüləri isə Ayselə aptekdə çalışan xanım iş yoldaşı göndəribmiş. Elnur Cabbarov bundan sonra həmin videonu göndərən xanım işçi ilə mübahisə etməyə başlayıb. Bu məsələyə həmin xanımın həyat yoldaşı qoşulub.

Həmin xanımın həyat yoldaşı Zamin K. aptekin sahibi Elnur Cabbarovla görüşüb və məsələyə aydınlıq gətirmək istəyib. Onlar buna görə bir neçə dəfə görüşüblər. Sonuncu dəfə Elnur Zaminin xanımının şəxsi həyatı ilə bağlı bəzi məsələlərə toxunub və buna görə mübahisə böyüyüb. Zamin maşında Elnuru döyərək ona xəsarətlər yetirib.

Zaminə qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) və xuliqanlıq madələri ilə ittiham irəli sürülüb.

Məhkəmə istintaqı zamanı Zaminin xuliqanlıqda təqsirli bilinməsi sübuta yetirilməyib. Zamin qəsdən sağlamlığa az ağır zərər vurmaqda ittiham olunaraq cəzalandırılıb.

Onun barəsində 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. İstintaq dövründə ev dustaqlığında olması nəzərə alınaraq üzərində qəti olaraq 1 il 8 ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. Zamin bu müddət ərzində elektron qolbaqla gəzməli olacaq.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İnfarktdan ölən pişik, özünü heyvanlara həsr edən qadın - İçərişəhərdə 100-ə yaxın pişik saxlanılan evdən REPORTAJ - VİDEO
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər