"Qızların STEM-də yüksəlişi" proqramının qalibləri açıqlandı
"Huma Quşu" təhsilə yardım fondu Azercell-in dəstəyi ilə həyata keçirdiyi "Qızların STEM-də yüksəlişi" təqaüd proqramının qaliblərini açıqlayıb. Proqram çərçivəsində 10 tələbə qıza təqaüd təqdim olunub.
Qeyd edək ki, layihə Azercell-in "Həyatı daha dolğun edirik: Qadınlara dəstək proqramı" çərçivəsində qalib gəlmiş sosial təşəbbüslərdən biridir. Təqaüd proqramının ilkin mərhələsində 5 tələbənin dəstəklənməsi nəzərdə tutulsa da, iştirakçıların yüksək bilik və potensialı nəzərə alınaraq "Huma Quşu" Fondu tərəfindən əlavə 5 tələbəyə də təqaüd ayrılıb. Layihənin əsas məqsədi informasiya texnologiyaları və kommunikasiya sahələrində təhsil alan gənc qızların bilik və bacarıqlarının inkişafına dəstək olmaq, onların bu istiqamətdə karyera imkanlarını genişləndirməkdir.
Qaliblərlə bağlı ətraflı məlumat üçün: https://bit.ly/4kru7Ns
2022-ci ildən fəaliyyət göstərən "Huma Quşu" Təhsilə Yardım Fondu bu günədək 40-dan çox tələbənin təhsilinə dəstək verib. Fond istedadlı gənclərin keyfiyyətli təhsilə çıxış imkanlarını artırmağı hədəfləyir.
"Azercell Telekom" MMC təqaüd qazanan tələbələri təbrik edir, onlara təhsil və karyera yollarında uğurlar arzulayır!
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Beynəlxalq Muğam Mərkəzində "Huma Quşu: xeyirxahlıq və cəsarət bələdçisi" adlı xeyriyyə axşamı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İmişli Şəkər Zavodunda boş anbarda yanğın zamanı şəkər ehtiyatlarına zərər dəyməyib - YENİLƏNİB
-
Xaçmazda yol qəzasında xəsarət alan doqquz nəfərin kimliyi məlum olub - YENİLƏNİB
-
Vuçiç: Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək
-
Fransada barda atışma zamanı üç nəfər yaralanıb
-
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
-
Azərbaycanda avtomobil almaq çətinləşir? - İdxal niyə kəskin azalıb?













