Hollandiyada istehsal olunan Haribo-da marixuana aşkarlanıb
Almaniyanın tanınmış şirniyyat brendi Haribo, Hollandiyada satışa çıxarılan bəzi məhsullarında narkotik maddə izinə rast gəlinməsindən sonra ölkədəki bütün məhsullarını ehtiyat məqsədilə geri çağırıb.
Far.Az haber global-a istinadən xəbər verir ki, Hollandiya Qida və İstehlak Malları Təhlükəsizliyi İdarəsi (NVWA), 1 kiloqramlıq "Haribo Happy Cola F!ZZ" konfetlərini yedikdən sonra bir ailənin bir neçə üzvünün özünü pis hiss etdiyini bildirib. Şikayətlər arasında başgicəllənmə də yer alıb.
Aparılan yoxlamalar nəticəsində konfet nümunələrində marixuana aşkarlanıb. NVWA rəsmisi indiyədək üç paketdə narkotik maddə izinin tapıldığını deyib. Hadisəyə ciddi yanaşan Haribo isə bütün məhsullarını geri çağırmaq qərarına gəlib.
Sözügedən paketlərin son istifadə tarixi 2026-cı ilin yanvar ayıdır. İndiyədək neçə nəfərin təsirləndiyi məlum deyil.
Niderland mediasına görə, polis narkotik maddənin məhsullara necə qarışdığını araşdırır. NVWA vətəndaşlara xəbərdarlıq edərək bildirib: "Bu konfetlər başgicəllənmə kimi sağlamlıq problemlərinə yol aça bilər, istifadə etməyin!"
Konfetlərin orijinal Haribo məhsulu olub-olmadığı hələlik dəqiqləşməyib.
Haribo şirkəti BBC-yə verdiyi açıqlamada hadisənin ciddiyyətlə araşdırıldığını və kontaminasiyanın səbəbinin polis tərəfindən müəyyən edilməyə çalışıldığını qeyd edib. Şirkət əlavə edib ki, yalnız Niderlanddakı məhsullar geri çağırılıb, digər ölkələrdəki məhsullar təhlükəsizdir.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Qiymətlər yenidən sürətlə artmağa başlayıb - SƏBƏB NƏDİR?
Rəsmi servis, yoxsa "ölüxana"? - Sürücülərə aldanmamaq üçün MƏSLƏHƏTLƏR
Kəngərlidə narkotik vasitələr və psixotrop maddələr məhv edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













