Daha iki ölkədə "Haribo" marmeladlarında narkotik maddə aşkarlandı
Far.Az xəbər saytı

Daha iki ölkədə "Haribo" marmeladlarında narkotik maddə aşkarlandı


Niderlandın ardınca Belçika və Lüksemburqda da "Haribo" marmeladlarında narkotik maddə - çətənə aşkarlanıb.

Far.Az xəbər verir ki, "Haribo" şirniyyatlarının istehsalçısı Belçika və Lüksemburqdakı alıcıları müəyyən növ marmeladları yeməməyə və onları şirkətə qaytarmağa çağırıb.

Narkotik maddələrin "Haribo Happy Cola F!ZZ" kiloqramlıq paketlərində necə peyda olduğu hələ məlum deyil.

Hazırda narkotik maddənin "Haribo Happy Cola F!ZZ" markalı, bir kiloqramlıq qablaşdırmalara necə düşdüyü məlum deyil. Söhbət istehsal kodu L341-4002307906 olan və istifadə müddəti yanvar 2026-da bitəcək məhsullardan gedir.

Xatırladaq ki, bir qədər əvvəl Niderlandda Almaniyanın "Haribo" şirkətinə məxsus marmeladlarda kannabis tapılmışdı. Şirkət həmin məhsulların istifadəsinin başgicəllənmə kimi sağlamlıq problemlərinə yol aça biləcəyini açıqlamışdı.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan ictimaiyyəti Qorbaçovun Nobel Mükafatından məhrum olunmasını istəyir - AÇIQ MƏKTUB
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Hollandiyada istehsal olunan Haribo-da marixuana aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər