Sürücüyə söyüş söyüb, təhqir edən İlker Aksum: "Mənə səni döyərəm dedi"
Far.Az xəbər saytı

Sürücüyə söyüş söyüb, təhqir edən İlker Aksum: "Mənə səni döyərəm dedi"


Məşhur aktyor İlker Aksum ötən gün yaşadığı hadisədən danışıb. 

Far.Az xəbər verir ki, o İzmirdə sürüclərdən biri ilə yaşadığı gərginlik zamanı günahın onda olmadığını bildirib.

Aktyor qeyd edib ki, avtomobili ilə yolda olarkən sürücülərdən biri yol istəyib və o buna icazə verib.  Daha sonra başqa bir sürücü aktyora nalayiq sözlər söyləyərək onu təhqir etməyə başlayıb. 

Bundan sonra da İlker ona söyüş söyərək təhqir edib. Aktyor bidirib ki, onu bu addımı atmağa sürücü təhrik edib. 

"O mənə "Səni döyərəm" dedi. Daha sonra həyat yoldaşım gəldi. O bizi sakitləşdirməyə çalışırdı. Sonra o bizə yenə "Sizi döyərəm" dedi. Söyüş söydü, təhqir etdi. Hamınızdan üzr istəyirəm" - deyə İlker qeyd edib. 

Ətraflı videoda:

*** 10:10

Məşhur aktyor İlker Aksumun dava etdiyi görüntülər yayılıb. 

Far.Az xəbər verir ki, o İzmirin Urla bölgəsində yolda olarkən  sürücülərdən biri ilə problem yaşayıb və maşınından enərək onunla dava edib.

Aktyor sürücüyə söyüş söyüb və onu təhqir edib.

Həmin vaxt İlkerin yanında həyat yoldaşı Dilay Aksum da olub. O aktyoru sakitləşdirməyə çalışıb, lakin buna nail ola bilməyib. 

Sözügedən dava ətrafdakı digər sürücülər tərəfindən anbaan görüntülənib. 

Həmin kadrları təqdim edirik:

Oxşar xəbərlər

Sürücüyə söyüş söyüb, təhqir edən İlker Aksum: "Mənə "Səni döyərəm" dedi"
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər