İrandan Azərbaycandan tranzitlə keçirilən "təzə qarpız" yükündə " surpriz"
Far.Az xəbər saytı

İrandan Azərbaycandan tranzitlə keçirilən "təzə qarpız" yükündə " surpriz"


Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycandan tranzit keçməklə İrandan Rusiyaya aparılan "təzə qarpız" yükündə ümumi çəkisi 207 kiloqram 620 qram olan narkotik vasitə – marixuana aşkarlanıb.

Far.Az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bildirilib ki, Azərbaycandan tranzit keçən və İrandan Rusiyaya "təzə qarpız" daşıyan nəqliyyat vasitəsi Astara Gömrük İdarəsində gömrük baxışına cəlb olunub. Yükə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və şübhəli təsvirlər müşahidə edilib.

Daha ətraflı yoxlama zamanı kinoloji xidmət iti 16 paletə reaksiya verib. Həmin paletlərdəki qarpız yükünün altından, gömrük nəzarətindən gizlədilmiş 64 ədəd bağlamada, qablaşdırma ilə birlikdə ümumi çəkisi 207 kiloqram 620 qram olan marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Kəngərlidə narkotik vasitələr və psixotrop maddələr məhv edilib
İrandan Rusiyaya gedən maşında külli miqdarda narkotik tapıldı
İrandan Rusiyaya aparılan alma yüklü avtomobildə külli miqdarda narkotik aşkarlanıb
"Astara" gömrük postunda yük avtomobilindən "kahı" formasında aparılan narkotik vasitə aşkar edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər